
“Fənərbağça”nın Joze Mourinyonun gedişindən sonra başlayan yeni baş məşqçi axtarışları yekunlaşıb.
Yeniavaz.com TRT-yə istinadla xəbər verir ki, Superliqa nəhəngi bütün namizədlər arasından italyalı mütəxəssis Domeniko Tedeskonu seçib.
Klub rəhbərliyi 39 yaşlı məçqçi ilə 2 illik müqavilə imzalayıb. Tedesko dünən axşam İstanbula gəlib.
İsmail Kartal, Edin Terziç, Luçano Spalletti, Marko Rouz və Anj Postekoqlu kimi simalarla təkbətək görüşlər keçirən klubun yekun qərarı Domeniko Tedesko olub.
“Biz hücuma görə ən uyğun məşqçini seçmək istədik. Tedesko ilə çempion olacağımıza tam əminik”, - deyə “Fənərbağça”nın prezidenti Ali Koç bildirib.
“Heyətimizin dəyəri 315 milyon avrodur. Məqsədimiz liqa çempionluğunu qazanmaq və Avropa Liqasının finalında oynamaqdır”, - o, əlavə edib.
Qeyd edək ki, Domeniko Tedesko oynadığı komandalarda hücumçu futbol tərzi ilə seçilir. Belçika Milli Komandasında 24 matçda 41, “Leypsiq”də 38 matçda 88, “Spartak”da 54 matçda 89, “Şalke 04”də 75 matçda 118 qol vuran Tedesko hücum xəttinə üstünlük verir.
İtalyan məşqçinin 14 sentyabr bazar günü Kadıköydə “Trabzonspor”la derbidə komandanı idarə etmək üçün meydana çıxacağı gözlənilir.