Xorvatiya kubokunda 2-ci mərhələnin oyunları baş tutub.
İdmanxeber.az xəbər verir ki, Azərbaycanlı futbolçu Rüfət Abdullazadənin çıxış etdiyi “Varajdin” “Qay” üzərində böyükhesablı qələbə qazanıb – 7:1.
Start heyətində meydana çıxan Abdullazadə 12-ci dəqiqədə hesabı açaraq komandasının ilk qoluna imza atıb. O, 66-cı dəqiqədə əvəzlənib.
Qeyd edək ki, bu qol Abdullazadənin “Varajdin”də rəsmi oyunlarda ilk qolu olub.