RU

AEBA və İran nüvə obyektlərinin monitorinqi barədə razılığa gəldi

BAKI, 10 sentyabr. TELEQRAF

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) İranla iyun ayında hücuma məruz qalmış İsfahan, Natanz və Fordo nüvə obyektlərinin yoxlanılması qaydalarını razılaşdırıb.

Teleqraf xəbər verir ki, bu barədə AEBA-nın baş direktoru Rafael Qrossi Rəhbərlər Şurasının iclasında çıxışı zamanı bildirib.

O deyib ki, razılaşdırılmış texniki sənəd yoxlamaların keçirilməsi, məlumatların ötürülməsi və prosedurların tətbiqi ilə bağlı aydın təlimat verir:

"Yoxlamalar, hücuma məruz qalmış obyektlər də daxil olmaqla, İrandakı bütün nüvə obyektləri və qurğuları, eləcə də oradakı nüvə materiallarını əhatə edəcək".

Rafael Qrossi əlavə edib ki, AEBA İranın Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması Müqaviləsinin iştirakçısı olaraq qalmaq istəyini alqışlayır. O həmçinin vurğulayıb ki, İran bəzi məsələlərlə bağlı narahatlığını ifadə edib və AEBA-nın vəzifəsi həmin narahatlıqları dinləmək və həll yolları tapmaqdır.

Избранный
65
1
teleqraf.com

4Источники