ain.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.
Bu ilin avqust ayında istehlak qiymətləri ötən ilin avqust ayına nisbətən 4,9%, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,6%, qeyri-qida məhsulları üzrə 2,1%, əhaliyə göstərilən ödənişli xidmətlər isə 4,9% artıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlra istinadən xəbər verir ki, bu ilin avqust ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma mal və qoyun ətinin, südün, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, bananın, albalının, əriyin, qarpızın, ağ kələmin, göyərtinin, xiyarın, göy lobyanın, yerkökünün, sarımsağın, şokolad məmulatlarının, ucuzlaşma isə limonun, almanın, armudun, yemişin, üzümün, gül kələminin, brokkolinin, pomidorun, şirin bibərin, badımcanın, süfrə çuğundurunun, soğanın, kartofun qiymətlərində müşahidə olunub.
Avqust ayında əvvəlki ayla müqayisədə qeyri-qida məhsullarından bahalaşma şəxsi gigiyena və zərgərlik məmulatlarının, ucuzlaşma isə yay geyimlərinin qiymətlərində qeydə alınıb.Elnur Əli
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.