Bəhreyndə səfirliyin açılması ilə Azərbaycanın diplomatik nümayəndəliklərinin sayı 93-ə çatacaq.
Apa xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında deputat Rizvan Nəbiyev deyib.
Deputat bildirib ki, bunlardan 70-i səfirlik, 9-u baş konsulluq və 6-ı daimi nümayəndəlikdir: “Milli Məclis 2026-cı ildə Asiya Parlament Assambleyasında sədrliyi Bəhreynə verəcək. Bəhreynlə Azərbaycan arasında yaxşı əməkdaşlıq mövcuddur".