RU

Su təsərrüfatı balanslarının inzibati ərazi vahidləri üzrə tərtibi qaydası dəyişdi - QƏRAR

BAKI, 10 sentyabr. TELEQRAF

Nazirlər Kabinetinin 2019-cu il 3 may tarixli 207 nömrəli Qərarı ilə təsdiq edilmiş “Su təsərrüfatı balanslarınınrespublika, su hövzələri vəinzibati ərazi vahidləri üzrə tərtib edilməsi Qaydası”nda dəyişiklik edilib.

Teleqraf xəbər verir ki, bu barədəqərraı Baş nazir Əli Əsədov imzalayıb.

Sənəddə deyilir: "Azərbaycan RespublikasıKonstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 3 may tarixli 207nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, 5, maddə942 (Cild I); 2024, 3, maddə 336) ilə təsdiq edilmiş “Su təsərrüfatı balanslarınınrespublika, su hövzələri və inzibati ərazi vahidləri üzrə tərtib edilməsi Qaydası”ndaaşağıdakı dəyişikliklər edilsin:

1. 2.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.1. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi su ehtiyatları və ondan istifadəəsasında hər il iyun ayının sonunadək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iştirakı ilə respublika üzrə illik su təsərrüfatı balansının layihəsini tərtib edir”.

2. 2.3-cü bənddə “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyitərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları DövlətAgentliyi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və “AzərsuAçıq Səhmdar Cəmiyyəti, həmçinin Naxçıvan Muxtar Respublikasının Ekologiya və TəbiiSərvətlər Nazirliyi ilə birlikdə” sözləri “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Naxçıvan MuxtarRespublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iştirakı ilə” sözləri ilə əvəz edilsin.

3. 2.4-cü bənddə “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyitərəfindən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və “Azərsu” Açıq SəhmdarCəmiyyəti, həmçinin Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər

Nazirliyi ilə birlikdə” sözləri “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindənAzərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Naxçıvan MuxtarRespublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iştirakı ilə” sözləri ilə əvəz edilsin.

4. 2.6-cı bənddə “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi”sözləri “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi” sözləri ilə əvəz edilsin.

5. Həmin Qaydaya 1 nömrəli əlavə – “Azərbaycan Respublikasının illik su təsərrüfatıbalansı” yeni redaksiyada verilsin (əlavə olunur).

6. Həmin Qaydaya 2 və 3 nömrəli əlavələrin “Tərtib edən:” hissəsi aşağıdakıredaksiyada verilsin: “Tərtib edən:Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi”.

Избранный
70
1
teleqraf.com

2Источники