RU

"Lənkəran" gənc basketbolçu transfer etdi

Heyətini gücləndirməkdə davam edən “Lənkəran” basketbol komandası daha bir transferi həyata keçirib.

Operativ Media xəbər verir ki, gənc oyunçu Pərviz Mirzəyev heyətə cəlb olunub.

Bu, onun ilk peşəkar komandası olacaq. Mirzəyev buna qədər Tələbə Liqasında Gəncənin ATU komandasının şərəfini qoruyub.

“Lənkəran” buna qədər Aydın İbrahimov, Azər Əzimov, Raşed Dayson, Teron Montqomeri və Nmeso Nbedum transferlərini həyata keçirib.

Избранный
42
1
operativmedia.az

3Источники