RU

Məşhur əczaçılıq şirkəti 9 min işçini işdən çıxaracaq 

Danimarkada yerləşən və dünyada 78,400 işçisi olan əczaçılıq şirkəti Novo Nordisk, struktur dəyişiklikləri çərçivəsində 9,000 işçini işdən çıxaracağını açıqlayıb.


Manset.az-ın əldə etdiyi məlumata görə, şirkət, resurslarını diabet və piylənmə sahələrində böyüməyə yönəltməyi planlaşdırır.

İxtisarlardan 5,000-i Danimarkadakı baş ofisdə olacaq. Bu plan şirkətin işçi qüvvəsinin 11,5 faizini təşkil edir. Struktur dəyişikliklərinə 8 milyard Danimarka kronu (1,3 milyard dollar) sərf olunacağı gözlənilir.

Şirkət, əməliyyat mənfəətinin əvvəlki proqnozdan daha az, 4-10 faiz artacağını açıqlayıb. Novo Nordisk, OzempicWegovy preparatlarının istehsalçısı olaraq, ABŞ-də Eli Lilly ilə rəqabət aparır.

Избранный
82
manset.az

1Источники