RU

Vens: Rusiya işğal olunmamış əraziləri istəyir

BAKI, 10 sentyabr. TELEQRAF

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Rusiya-Ukrayna müharibəsinin nizamlanması üzrə danışıqların iki əsas məsələ üzərində cəmləndiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, o, Moskvanın Kiyevdən işğal edilməmiş bəzi əraziləri istədiyini də bildirib.

Vensin sözlərinə görə, Rusiya Ukraynanın hələ hərbi yolla ələ keçirilməmiş təxminən 6 min kvadrat kilometr ərazisinə iddia edir. Bununla yanaşı, Ukrayna Moskvanın gələcəkdə yeni tələblər irəli sürməsinin qarşısını almaq üçün Avropa və ya digər tərəfdaşlardan güclü təhlükəsizlik zəmanəti almaq istəyir.

“Zənnimcə, indi elə bir nöqtəyə gəlib çatmışıq ki, problemləri bu iki əsas məsələyə qədər azaltmışıq. Kiyev əmin olmaq istəyir ki, razılıq əldə olunarsa, ruslar bir neçə ay və ya ildən sonra daha çox tələb edərək geri qayıtmayacaqlar ki”, - ABŞ-nin vitse-prezidenti vurğulayıb.

Избранный
58
teleqraf.com

1Источники