RU

Əmək və sosial siyasət komitəsinin payız sessiyası üçün iş planı açıqlandı

BAKI, 10 sentyabr. TELEQRAF

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan komitənin 2025-ci il payız sessiyası üçün iş planı açıqlanıb.

Teleqraf xəbər verir ki, bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev məlumat verib.

O qeyd edib ki, komitənin gündəliyinə iki məsələ daxil edilib: “Bu komitənin 2025-ci il payız sessiyası üçün iş planı və Əhalinin məşğulluğunun artırılması sahəsində qarşıda duran vəzifələr və qanunvericiliyin təkmilləşdirilməsi mövzusunda dinləmə keçirilməsi daxil edilib”.

Komitə sədri bildirib ki, Milli Məclisin payız sessiyası qısa dövrü əhatə edir.

Избранный
68
teleqraf.com

1Источники