RU

“Zaqatala” iki futbolçu ilə anlaşdı, iki legioner də gətirir – pul hardan tapıldı?

Ötən mövsüm 1-ci liqada 5-ci yeri tutan “Zaqatala” heyətini gücləndirməkdə davam edir. Rəqiblərindən gec toplanışa başlayan “Zaqatala” 1-ci liqa səviyyəsində üst sayılacaq futbolçuları transfer edir. İlkin Qırtımov və Amin Ramazanovla 6 aylıq razılaşan bölgə təmsilçisi daha iki futbolçu ilə anlaşmağa yaxındı. Komandanın baş məşqçisi Rüstəm Məmmədovun dediklərinə görə bu futbolçuların ikisi də legionerdi.

Maraqlıdı, İlkin Qırtımovla anlaşmaq, legionerlər gətirmək klubun maliyyə durumunun düzəldiyi anlamına gəlirmi? Həmçinin müqavilələr 6 aylıq bağlanılır. Niyə məhz 6 ay? Suallarımızı baş məşqçi cavabladı:
“Bunlar daha çox rəhbərliyə ünvanlanası suallardı. Bu gün klubun maliyyə durumunun hansı yerdə olduğunu deyə bilmərəm. Sağ olsun İlkin Qırtımov, əvvəl danışdığımızdan daha az məbləğə bizim üçün, Zaqatala futbolu üçün razılaşdı. Ən azı qışa qədər bizdədi. Maliyyə durumumuz tam düzəlməsə də, irəliləyiş var. Amin Ramazanov da artıq bu gün bizə qoşuldu. İki legioner futbolçu ilə də danışıq aparırıq. 6 aylıq müqavilə bağlamağımızın səbəbi odu ki, ola bilər maliyyə vəziyyətimiz düzəlsin, qışda daha 6 aylıq müqavilə imzalayarıq”.
MÜZƏFFƏR QULUZADƏ
Избранный
12
1
football-plus.az

2Источники