RU

TEXIO Academy jurnalistlər üçün kiber maarifləndirici görüş keçirdi

TEXIO Academy-nin təsisçisi Elgün Bəxtiyaroğlu 6 sentyabr tarixində jurnalistlər üçün “İnformasiya məkanında kibertəhlükəsizlik və yalan xəbərlərə qarşı mübarizə” mövzusunda görüş təşkil edib.

E-saglam.az xəbər verir ki, görüşdə media nümayəndələrinə kibertəhlükəsizlik maariflənmə qaydaları, şəxsi məlumatların qorunması, sosial mühəndislik hücumlarının tanınması, süni intelektin təsiri və yalan xəbərlərin yayılmasının qarşısının alınması yolları haqqında praktiki biliklər təqdim olunub.

Elgün Bəxtiyaroğlu bildirib ki, müasir informasiya dövründə jurnalistlərin həm özlərini, həm də ictimaiyyəti dezinformasiyadan qorumaq bacarığı xüsusi əhəmiyyət daşıyır.

Maarifləndirici sessiya interaktiv müzakirələrlə davam edib və iştirakçılara mövzu üzrə suallarını vermək imkanı yaradılıb.

E-saglam.az

Избранный
10
1
e-saglam.az

2Источники