RU

Bakıda sürücü qəza törədib hadisə yerindən qaçdı

Yazını böyüt
Yazını kiçilt

Bakıda sürücü yük maşını ilə iki avtomobili vurub qaçıb.

Hafta.az xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində baş verib.

Belə ki, Binəqədi şosesi ilə Biləcəri-Baksol yolunun kəsişməsində hərəkətdə olan "Isuzu" markalı, 77-GR-125 dövlət qeydiyyat nişanlı yük maşını eyni istiqamətdə hərəkətdə olan "Nissan" və BYD markalı avtomobilləri vurub. Avtomobillərə xeyli zərər yetirən sürücü hadisə yerindən yayınıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yük avtomobili saxlanılaraq, sürücüsü barəsində tədbir görülüb. /oxu.az/

Избранный
59
3
hafta.az

4Источники