1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
U-16 üzrə millimizin baş məşqçisi Aqil Nəbiyev futbolçuları hər axşam kitab oxumağa məcbur edir.
Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə videolar paylaşılıb.
Belə ki, bu, baş məşqçi Aqil Nəbiyevin təşəbbüsü ilə bütün toplanışlar vaxtı həyata keçirilir.
Qeyd edək ki, U-16 millimiz son beş rəsmi oyunun dördündə məğlub olub, bir dəfə isə qələbə qazanıb.
23.03.2025, Belarus - Azərbaycan 3:0;
26.03.2025, Belarus - Azərbaycan 3:0;
14.04.2025, Moldova - Azərbaycan 1:0;
16.04.2025, Azərbaycan - Gürcüstan 1:0;
19.04.2025, Estoniya - Azərbaycan 2:1.