RU

Pensiya yaşına az qalan şəxslərin işdən çıxarılması qadağan edilsin TƏKLİF

Unikal.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycanda Əmək Məcəlləsinə dəyişiklik edilməsi təklif olunur.

"Unikal" xəbər verir ki, bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov çıxış edib. 

O bildirib ki, pensiya yaşına çatan vətəndaşların məşğulluğunun təminatı  və əmək hüquqlarının qorunması çox vacibdir:

"Apardığımız müşahidələr göstərir ki, bir sıra hallarda pensiya yaşına bir neçə il qalmış vətəndaş işdən azad olunur. Məsələn, pensiya yaşına iki il qalıb və işdən azad olunub. Təbii ki, onun yenidən iş tapması və işlə təminatı çətin olur. Bir sıra ölkələrin Əmək Məcəlləsində pensiya yaşına az qalmış işçinin işdən azad edilməsi qadağan olunub. Azərbaycanda da pensiya yaşın az qalmış vətəndaşlarımızın əmək hüquqlarının qorunması üçün Əmək Məcəlləsinə dəyişiklik hazırlayaq. Qanunvericiliyə belə hal gətirilərsə, istər dövlət, istərsə də özəl sektorda işəgötürən pensiya yaşına az qalmış vətəndaşımızın işdən azad edilməsinin qarşısını alacaq".

Anar Kəlbiyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
5
4
unikal.az

4Источники