İndoneziyanın Bali adasındakı Denpasarda daşqın nəticəsində 4 nəfər itkin düşüb.
Editor.az xəbər verir ki, bu barədə “Detik News” məlumat yayıb.
Hesabatda daşqın səbəbindən iki ticarət mərkəzinin su altında qaldığı, ilkin olaraq 6 nəfərin itkin düşdüyü, lakin ikisinin tez bir zamanda tapıldığı bildirilir.
Portalın məlumatına görə, daşqın səbəbindən iki ticarət mərkəzi su altında qalıb, ilkin olaraq 6 nəfər itkin düşsə də, ikisi tapılıb. Hazırda yaralılar xəstəxanada müalicə alırlar.
Hesabatda daha dörd nəfərin hələ də itkin düşdüyü qeyd edilib.
Jurnalistlər əlavə ediblər ki, itkin düşən şəxslərin kimliyi hələ müəyyən edilməyib.
//Gülnarə Abasova, Editor.az