RU

Avropa İttifaqı İsrailə maliyyə dəstəyini dayandırır...


Avropa Komissiyası İsrailin Qəzza zolağındakı hərəkətləri ilə əlaqədar bu ölkəyə göstərilən dəstəyi dayandırır. Bu barədə Komissiyanın Prezidenti Ursula Fon der Lyayen Strasburqda Avropa Parlamentindəki “İttifaqın vəziyyəti” adlı illik çıxışında bildirib.

O, qeyd edib ki, bu addım İsrailin vətəndaş cəmiyyəti ilə əməkdaşlığa və Yad Vashem Holokost Memorialı ilə fəaliyyətə təsir etməyəcək. O, həmçinin üzv ölkələrə ekstremist nazirlərə və zorakı sakinlərə qarşı sanksiyaların tətbiqinin tövsiyə olunmasının planlaşdırıldığını və Assosiasiya Sazişində yer alan ticarət razılaşmalarının müvəqqəti dayandırılmasının təklif ediləcəyini açıqlayıb.

Komissiyanın Prezidenti bu tədbirlər üçün əksəriyyətin dəstəyinin qazanılmasının çətin olacağını, bəzi ölkələrin bu addımları artıq hesab etdiyini, bəzilərinin isə kifayət qədər olmadığını düşündüyünü deyib. “Lakin Parlament, Şura və Komissiya olaraq məsuliyyətimizi yerinə yetirməliyik”, - deyə U.Lyayen bildirib.

Avropa Komissiyasının Prezidenti çıxışında dayandırılacaq maliyyə vəsaitinin məbləği barədə açıqlama verməyib.

ZÜMRÜD

Избранный
8
4
baki-xeber.com

5Источники