RU

Ordu küçələrə axışdı: Şiddətli etirazlar davam edir

ain.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

Nepalda sosial media qadağasının 19 nəfərin ölümünə səbəb olan hökumət əleyhinə etirazlar səbəbilə komendant saatının davam etdiyi paytaxt Katmanduda ordu küçələrə çıxıb.Turkustan.az xəbər verir ki, əsgərlərin gecə səfərbər ediləcəyi elanından sonra ordu bu gün komendant saatının qüvvədə olduğu Katmanduda patrul etdi.Bu çərçivədə ordu "talançı" olaraq təyin olunan 27 şübhəlinin nəzarətə alındığını açıqlayıb.Yerli “Kathmandu Post” qəzetinin ABŞ mərkəzli X şirkətinin sosial media platformasında paylaşdığı yazıda Kantipur çətir media təşkilatının binasına hücum edildiyi, yandırıldığı və bütün serverlərinin sıradan çıxdığı bildirilib.Yazıda qeyd edilib ki, yeniləmələr sosial media vasitəsilə davam edəcək.Yazıda 500-dən çox məhbusun Nəvalparasi Qərb Bölgəsi Həbsxanasından qaçdığı və məhbusların həbsxananı yandırdığı bildirilib.

Aytən Yaşar/ Turkustan.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
24
1
icma.az

2Источники