RU

"Tottenhem" "Real"dan 70 milyon funt-sterlinq tələb edir

"Tottenhem"in müdafiəçisi Miki van de Ven karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Real" niderlandlı futbolçunu transfer etmək istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

İngiltərə klubu van de Veni satmağın əleyhinə deyil. Onlar 28 yaşlı mərkəz müdafiəçisi üçün 70 milyon funt-sterlinq tələb edir.

Qeyd edək ki, "Tottenhem" Miki van de Veni 2023-cü ilin yayında "Volfsburq"dan transfer edib. Niderland millisinin üzvü London təmsilçisinin heyətində meydana çıxdığı 55 rəsmi matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Избранный
58
3
sportal.az

4Источники