RU

Rüfət Xorvatiyada ilk qolunu vurdu

Xorvatiya kubokunda 2-ci turun oyunları keçirilib.

"Football-plus.az" xəbər verir ki, azərbaycanlı futbolçu Rüfət Abdullazadənin komandası “Varajdin” səfərdə 2-ci liqa təmsilçisi “Qay Mace” ilə qarşılaşıb. Matç “Varajdin”in 7:1 hesablı qələbəsi ilə başa çatıb.

Rüfət start heyətində oyuna çıxıb və 12-ci dəqiqədə görüşdə ilk qolu vurub. Abdullazadə 66-cı dəqiqədə əvəzlənib.

Bu, yay fasiləsində “Səbail”dən “Varajdin”ə keçən Rüfətin Xorvatiya klubunda ilk qolu olub.

Избранный
40
2
football-plus.az

3Источники