RU

“Adam nə qədər "həci" dəyişər?” – Zülfiyyə Qurbanovadan QALMAQALLI AÇIQLAMA

Yeni teatr mövsümünün açılışı ərəfəsində tanınmış aktrisa Zülfiyyə Qurbanova sənət və şəxsi baxışları ilə bağlı maraqlı açıqlamalar verib.

"Künc-bucaq" yutub kanalına müsahibə verən aktrisa teatr aləmindəki problemlərdən, aktrisanın üzərinə düşən çətinliklərdən və öz mövqeyindən danışıb.

“Biz insanıq, robot deyilik” – deyən Qurbanova, hər bir sənətçinin də peşəkar yanaşma ilə yanaşı, insani tərəfinin olduğunu vurğulayıb. Onun sözlərinə görə, o, kamera qarşısında heç vaxt peşəkarlığa zidd hərəkətlər etmir.

“Təmaslı səhnələrə çəkilmirəm”,-deyə Z.Qurbanova bildirib.

Aktrisa bəzi həmkarlarının yanaşmasını da tənqid edib:

“O cür qeyri-peşəkar adamlar bəzən tamaşaçıları qane edir. Fikirləşirlər ki, məni onsuz da bu səviyyədə çəkirlər, çəkirlər də, heç təkmilləşmək lazım deyil. Adam nə qədər ‘həci’ dəyişə bilər ki? Həyatda və sənətdə hər kəsin mövqeyi, davranışı aydın olmalıdır. Çünki sənət və yaradıcılıq qalıcıdır, iz qoyur. Amma daim mövqeyini dəyişən, prinsiplərindən uzaqlaşan insanlar peşəkar mühitdə uzun müddət qala bilmir, onlar sənətin ağır yükünü daşıya bilmirlər. Belə adamlar peşəkar insanlarla da çox işləyə bilmir, çünki sənətdə yaradıcılıq və peşəkarlıq hər şeydən önəmlidir”.

Z.Qurbanova qadınların sənətdə və digər sahələrdə qarşılaşdığı çətinliklərdən də danışaraq qeyd edib ki, “bütün sahələrdə qadınların yüksəlməsi çox çətindir”.

Məşhur aktrisa həmçinin fəxri ada layiq görülməyin onun üçün böyük qürur olacağını bildirib.

“Fəxri ad almaq çox xoş olardı”,-deyə aktrisa bildirib.

Избранный
16
4
musavat.com

5Источники