RU

Ayxan Abbasov: Bu söhbətlərin hamısı oyunçulara təsir etdi Müsahibə

sport24.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycan millisinin baş məşqçi vəzifəsini müvəqqəti icra edən Ayxan Abbasov Sport24.az-a müsahibə verib.

- Mətbuat konfransında 2 gecədi yatmıramın ardı olaraq, 3-cü gecəni yata bildiniz?- Bəli, gec də olsa, yata bildik (gülür). İki gecə yatmamaq tək mənə yox, U-21 və A millisinindəki məşqçilərə də aiddir. Çox fikirləşirdik və komandaya iki gündə maksimumu vermək istəyirdik. Ən azı istəyirdik layiqli mübarizə aparaq. Futbolçular bunu hiss etməli idi və məncə, ötən gün layiqli mübarizə apardıq.

- Meydanda komanda ruhu, 11 əsgər görə bildik. Futbolçular yerlə gedən topa başını qoyurdu. Necə olur ki, azərbaycanlı futbolçular 3 günün içində mental olaraq dəyişdi?- Dünən futbolçulara demişdim ki, meydanda mübarizə aparsaq, nəticədən asılı olmayaraq, azarkeşlər də razı olacaq. Komandada ab-hava, ruh yüksəkliyi vacibdir. 3 gündə təcrübəli futbolçuların gənclərlə danışması... təcrübəlilərin meydançada fədakarlığı ümumi komandaya da sirayət edir. Gördük ki, ilk növbədə onlar yaxşı mübarizə apardılar. Sistemdə dəyişiklik etdik, rəqibə görə oyun qurduq, bunlar öz yerində. İlk olaraq psixoloji söhbətlər oldu və futbolçularla bir-birimizi yaxşı anladıq ki, vuruşmaq lazımdır. Çünki azarkeşlər bunu istəyir. Vuruşmasaq, nəticə əldə etmək mümkün deyil. Bu söhbətlərin hamısı oyunçulara təsir etdi. Dünən həqiqətən meydanda komanda var idi. Baxın, meydana sonradan girən futbolçular necə istəkli idi və oyunu gücləndirdilər. Hətta, oynamayan futbolçularda da istək hiss olunurdu. Bütün bu amillər olmasa, nəticə qazanmaq olmaz.

- Maraqlıdır, Toral Bayramovu İslandiyada Fernandu Santuşda ehtiyatda saxlamışdı. Yadıma millimizin Serbiya ilə oyunu düşdü. Əsgər Abdullayev Zaur Tağızadəni 75-ci dəqiqədə meydana buraxdı və dönüş yarandı. Bu əvəzetmə planlı idi, yoxsa?- Məşqçilər arasında danışılan mövzu heyətlə bağlı idi. Toralı ilk olaraq əsas heyətdə oynatmaq istəyirdik, amma kimlər yorulacaq deyə, mövqelərə baxırdıq. Toral 3 mövqedə oynaya bilən futbolçudur. Bilirdik Elvin Cəfərquliyevə çətin olacaq. İslandiyaya qarşı ağır oyundan gəlib, "Qarabağ"da stabil meydana çıxıb. Digər tərəfdən Mahir Emreli və Rüstəm Əhmədzadənin mövqeyində dəyişiklik etmək lazım olacağını bilirdik. Ona görə də Toralı ikinci hissənin 55-60-cı dəqiqəsində meydana buraxmaq fikrimizdə var idi. Hətta, ikinci hissə başlayan kimi meydana çıxmasını istəyirdik, amma Rüstəmin daha 10 dəqiqə qalmasını düşündük. Sürətli futbolçularla başlamışdıq, rəqibin müdafiəçilərini yormaq lazım idi. Rüstəm son çempionat oyunlarında əks-hücumlarda rəqibə təhlükə yaradan futbolçulardandır. Məncə, Toral oyunu gücləndirə bildi. Ondan istədiyimiz həm sağ cinah, həm də sol cinahda aldıq. Sonda da Elvinlə yerini dəyişdik. Son dəqiqələrdə Elvin əvəzetmə istədi, amma Abdulla Xaybullayev zədələndiyindən sonra məcburi 5 dəyişiklik etmişdik. Həm Abbasın, həm də Toralın oyunun sonlarında cinahları bağlaması çox kömək oldu.

- Stabil olaraq bu tempi qorumaq nə dərəcədə realdır?- Milli komandada bir sistem üzərində dayanıb çalışmaq lazımdır. Əsas odu futbolçular bilməlidir necə çalışırlar. Bilirsiz millidə vaxt az olur. Burada futbolçuların fiziki durumunu yaxşılaşdırmaqdan söhbət gedə bilməz. Futbolçuları psixoloji hazırlamaq lazımdır. Onlar yığmanın düşərgəsinə klublarında ağır oyunlardan sonra gəlirlər. Digər millilər var ki, 6-7 ildir bu sistemdə çalışırlar. Baxırsan ki, ildən-ilə uğurlu olurlar. U-21-də 5-ci ayımızdır, Portuqaliyaya 0:5 məğlub olduq, amma oyun baxımdan futbolçular çəkinmədi. Rəqib imkan vedikcə, istədiklərimizi edə bildik. Moldovaya qalib gəldik, amma həmin görüşdən istədiklərimizin çox az hissəsini ala bildik. Bolqarıstanla matça kənardan baxdım. Futbolçularda istək var idi. Bu, davamlı olmalıdır. Millimizin potensialı var.

- Ayxan müəllim, U-21 və əsas yığma. Sizdən hansını istəyirsiz soruşsalar, cavab necə olacaq?- Çətin sualdı (gülür). İnanın ki, U-21-də gördüyümüz işinin sonunu çox görmək istəyərdim. Addığımız addımlarda tək bu ili yox, növbəti ili də düşünürük. Futbolda hər şey ola bilər. Fərqi yoxdur, U-21, U-19, əsas yığma... Orada Azərbaycan varsa, hər şey ikinci plana keçir. Nə vaxt ehtiyac olarsa, bacardığımızı kömək eetməyə məcburuq. Bu tək mənə yox, bütün yerli məşqçilərə şamil olunur. Dünənki nəticə Ayxanın yox, Azərbaycan futbolunda bütün yerli məşqçilərin nəticəsi idi. Bizdə yetərincə məşqçi var, kimə güvənsələr, canla-başla çalışacaq. Bu gün U-21-in baş məşqçisiyəm. Nə qərar olarsa, hazırıq.

- Bu cür cavabı gözləyirdim. Ona görə ikinci sualım da hazırdı. Ayxan Abbasov İcraiyyə Komitəsində olsa, baş məşqçi kimi Ayxan Abbasovu təklif edər?- Çətin sual oldu. İcraiyyə Komitəsində olsaydım, yəqin ki, bu oyundan sonra namizədlərdən biri olardım.

- Dünən U-21-in oyununu 65 dəqiqə izləyə bilmisiniz. Bolqarıstanla oyunda pozitiv siqnalları aldığınızı qeyd etdiniz. Nə qədər müddət lazımdır ki, U-21 ən azı qrupdan çıxmaq uğrunda mübarizə aparsın?- Ötən gün U-21-in oyundan əvvəl hazırlığını dəyişmədik. Yəni, oyun öncəsi iclası və məşqi. İstəmədim ki, futbolçulara mənfi təsiri olsun. Neçə illərdir Elnur Çovdarovla birlikdə çalışırıq. Oradakı köməkçilərim oyunu yüksək səviyyədə idarə etdilər. Həmişə deyirəm ki, püşk önəmlidir. 2006, 2007, 2008-ci il doğumlu futbolçuları izləyirik. Bəzi məqamlar var, AFFA rəhbərliyi ilə müzakirə etmişik. Mütləq U-20 yaradılmalıdır. U-21-in uğurlu olmasını istəyiriksə, U-20-də olmalıdır ki, futbolçular beynəlxalq təcrübə sarıdan əziyyət çəkməsinlər. Bu, zəncirvari prossesdir. Bunu növbəti ilin yanvarından sonra planlaşdırırıq. Bu prosesləri edə bilsək və növbəti il püşkdə münasib rəqiblər olsa, daha inamlı, daha hazırlıqlı olacağıq. Heyətdə gələn il də oynaya biləcək 2006-cı il təvəllüdlü Səlim Həşimov, Nihad Əhmədzadə, Sənan Muradlı var. Siyahını artırmaq olar. Bu mövsüm bizim əsas məqsədlərimizdən biri odur ki, oynayan futbolçular A millimizə hazır olsunlar. Buna uyğun Emin Rüstəmov, Ayxan Süleymanlı və Xəyal Əliyev, Ağadadaş Salyanski kimi adları qeyd etmək olar. Edqar Adilxanov və Rüfət Abbasovu unutmayaq. Rüfət artıq rəqabət aparmağa hazırdı. Adlarını saydığım futbolçuların Portuqaliya, Bolqarıstan və Çexiya kimi yığmalara qarşı oynamaq təcrübəsi var. Bu yöndə iş görüb, səbrli olmaq lazımdır. İnanin nəticə olacaq. Amma onların komandalarında daimi oynaması, rəqabətdə uduzmaması vacibdir. Dünən Ayxan zədələndi, mənə görə ən potensiallı müdafiəçi İbrahim Ramazanov onu layiqli əvəz etdi. Təəssüf ki, klubunda oynamaq şansı qazanmır. Futbolçular çempionatda oynamasa, inkişaf etməyəcəklər.- Millimizi qarşıda Fransa və Ukrayna ilə səfər oyunları gözləyir. Bu səfərlərdən Azərbaycanın xalla qayıtması realdır?- Kim baş məşqçi olarsa, çətin olacaq. İki ağır səfər, iki güclü rəqib. Bu gün futbolda mümkünsüz şey yoxdur. Fransa İslandiya oyununun qısa icmalına baxdım. Qonaqlar göstərdi ki, mübarizə aparmaq olar. Çoxları Fransanın İslandiya və Ukraynanı matçda böyükhesabla qələbəsini gözləyirdi. Fransa Ukrayna oyununda Ukraynanın ikinci hissədə 3 real qol epizodu oldu ki, hesabı bərabərləşdirə bilərdilər. Avropada futbol daha sürətli inkişaf edir. Digər millilərin futbolçuları yaxşı klublarda oynayır. Avropada güclü akademiyalar qurulub. Mübarizə aparmaq lazımdır. Dünənki oyundan sonra futbolçular inandı ki, təslim olmasalar, hər bir nəticə əldə etmək olar.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
28
50
sport24.az

10Источники