Qaynarinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.
"OpenAI” şirkəti süni intellekt alətlərindən geniş istifadə olunmaqla çəkiləcək "Critterz” adlı tammetrajlı cizgi filminin maliyyələşdirilməsinə başlayıb.
Qaynarinfo xəbər verir ki, "Wall Street Journal”ın məlumatına görə, layihənin məqsədi Hollivuda sübut etməkdir ki, generativ texnologiyalar animasiya istehsalını əhəmiyyətli dərəcədə ucuzlaşdırıb sürətləndirə bilər.
"Critterz” meşə heyvanlarının kəndinə gələn gözlənilməz qonaqdan bəhs edəcək. Layihənin büdcəsi 30 milyon dollardan az olacaq. Müqayisə üçün, "Oyuncaqların hekayəsi 4” filminin istehsalı 200 milyon dollara başa gəlmişdi. Filmin istehsalına təxminən doqquz ay vaxt ayrılması planlaşdırılır.
Filmin ideyası "OpenAI” əməkdaşı Çad Nelsona məxsusdur. O, hələ 2023-cü ildə "DALL-E” vasitəsilə qısametrajlı film hazırlamışdı. İndi isə proses əksinə qurulub: rəssamlar eskizlər çəkir, süni intellekt onları emal edir, səsi isə canlı aktyorlar səsləndirir. Ssenarini isə "Paddington Peruda” filminin üzərində çalışmış komanda qələmə alıb.
Hüquqi məsələlər də nəzərə alınıb. Çünki sırf süni intellektlə yaradılan məhsul müəllif hüququ ilə qorunmur. Bu səbəbdən yaradıcı heyət filmdə "insan qatını” saxlayır: rəsmlər, aktyor səsləri və sənətkarların son emalı. Beləcə, filmin müəlliflik hüququ qeydiyyata alınacaq.
"OpenAI” birbaşa istehsala müdaxilə etmir, yalnız hesablama gücü və texniki vasitələrlə təmin edir. Şirkət vurğulayır ki, "Critterz” bir növ sınaq olacaq və uğurlu olduğu təqdirdə süni intellektin böyük ekranlara çıxışı və kino sənayesini dəyişdirmək potensialı üçün mühüm arqumentə çevriləcək.
Aydın
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.