Xəbər verdiyimiz kimi, Bakı Metropolitenində üz tanıma texnologiyası ilə gedişhaqqı ödəniş sisteminin tətbiqinə dair müzakirələr aparılır.
Bəs bu yenilik metroda qiymət artımına səbəb olacaqmı?
Bu barədə Demokrat.az-a danışan nəqliyyat üzrə ekspert Eldəniz Cəfərovun sözlərinə görə, bu yeniliyin əsas müsbət tərəfi odur ki, sərnişinin vaxt itkisinin qarşısı alınacaq:
“Sərnişinlər daha tez, sürətlə ödəniş edərək, keçə biləcəklər. Bu metod ötən il ADY-də uğurla sınaqdan keçirilib, indi də metroda olması nəzərdə tutulub. Ola bilər gələcəkdə ictimai nəqliyyatın digər seqmentlərində də olsun.
Düşünmürəm ki, bu yenilik qiymət artımına səbəb olsun”.