RU

Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin sayı 93-ə çatacaq

Bəhreyndə səfirliyin açılması ilə Azərbaycanın diplomatik nümayəndəliklərinin sayı 93-ə çatacaq.

Apa xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında deputat Rizvan Nəbiyev deyib.

Deputat bildirib ki, bunlardan 70-i səfirlik, 9-u baş konsulluq və 6-ı daimi nümayəndəlikdir: “Milli Məclis 2026-cı ildə Asiya Parlament Assambleyasında sədrliyi Bəhreynə verəcək. Bəhreynlə Azərbaycan arasında yaxşı əməkdaşlıq mövcuddur. Diplomatik missiyalarımızın sayının artması, Azərbaycan Respublikasının beynəlxalq münasibətlər sistemində artan nüfuzunun və ikitərəfli münasibətlərə verdiy dəyərin göstəricisidir. Biz bu göstəriciyə görə bəzi Avropa dövlətlərini arxada qoyuruq".

Избранный
28
2
qaziler.az

5Источники