RU

Kosmosda ulduz yeyən obyekt aşkarlanıb

AzVision.az “Monthly Notices of the Royal Astronomical Society (MNRAS -Kral Astronomiya Cəmiyyətininaylıq bildirişləri) jurnalına istinadən xəbər verir ki, super sıxlığa malik ağ cırtdanın, daha böyük qonşusunun, sözün əsl mənasında, “həyatını sorduğu”, onun cismini rekord sürətlə udduğu məlum olub.

Alimlər ikili sistemin hər 12,3 saatdan bir fırlandığını və tədricən bir-birinə yaxınlaşdığını müəyyənləşdiriblər. Bu qarşılıqlı əlaqə, astronomların Çilidəki Avropa Cənub Rəsədxanasının Çox Böyük Teleskopundan istifadəsi əsasında müşahidə etdikləri göz qamaşdıran parıltı ilə müşayiət olunur.

- “V Sagittae” sıradan bir sistem deyil və onun qeyri-adi parlaqlığı 1902-ci ildən elm adamlarını çaşdırır. Araşdırmamız göstərir ki, ağ cırtdan kosmosdakı yoldaşı olan ulduzdan maddəni udaraq onu öz səthində termonüvə prosesləri üçün yanacağa çevirməsi nəticəsində yaranıb”, - Böyük Britaniyanın Sautqempton universitetinin professoru Fil Çarlz deyib.

Bundan əlavə, tədqiqatçılar hər iki ulduzu əhatə edən qaz halqasını aşkarlayıblar. Artıq maddədən əmələ gəlmiş bu obyektləri “həzm etməyə” ağ cırtdanın vaxtı çatmır.

“Bu parlaq qaz halqası sistemin ömrünün son mərhələsində olduğunu və fəlakətli sona doğru getdiyini göstərir”,- Turku universitetindən tədqiqat rəhbəri doktor Pasi Hakala vurğulayıb.

Kanar adalarının Astrofizika institutunun professoru Pablo Rodriqes-Hilin iddiasına görə isə, ağ cırtdanın səthində maddənin yığılması yeni partlayışa səbəb ola bilər ki, bu zaman da “V Sagittae”nin adi müvəqqəti olaraq gözlə görünən obyektə çevrilməsi mümükündür.

Bununla belə, son mərhələ daha maraqlı təsvir yaradacaq:ulduzların toqquşması və sonrakı fövqəlyeni obyekto qədər parlayacaq ki, onları hətta gündüzlər də Yerdən görmək mümkün olacaq.

Sahil İsgəndərov
AzVision.az
Избранный
17
azvision.az

1Источники