RU

Litvanın Vilnüs şəhərinin ətrafında qaz vaqonları yanıb

Səkkiz maye qaz vaqonunun yanması və sonrakı partlayışlar səbəbindən Vilnüs şəhərinin kənarında 1 km radiusda təxliyə elan edilib.

Qaziler.az bildirir ki, bu barədə sentyabrın 10-da LRT portalı fövqəladə xidmətlərə istinadən məlumat yayıb.

"Çərşənbə günü səhər xilasetmə xidmətlərinə Vilnüs kənarında yanğın barədə məlumat daxil olub. Onlara bildirilib ki, Baltoses Vokes küçəsində qaz vaqonları yanıb. Yerli vaxtla saat 14:00 radələrində 1 km radiusda evakuasiya elan edilib", - məlumatda deyilir.

QAZİLER.AZ

Избранный
13
qaziler.az

1Источники