RU

Ordubadda çörək emalı müəssisəsinin fəaliyyətində nöqsan aşkarlanıb

ain.az bildirir, Azertag portalına istinadən.

Naxçıvan, 10 sentyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan dövlət nəzarəti tədbirləri zamanı Ordubad rayonunun Xanağa kəndində fəaliyyət göstərən Ağayev Allahverdi Muxtar oğluna məxsus çörək emalı müəssisəsində bir sıra nöqsanlar aşkar edilib.

Agentlikdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, müəssisədə sanitar-gigiyenik qaydalara əməl olunmadığı, alət və avadanlıqların təmiz saxlanılmadığı, dezinfeksiya işlərinin aparılmadığı, işçilərin tibbi müayinələrdən keçmədiyi aşkarlanıb. Nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
37
azertag.az

1Источники