RU

Bu ölkədə uşaqları siqaret çəkən valideynlər cərimələnəcək

İspaniyanın solçu azlıq koalisiya hökuməti siqaret istehlakını məhdudlaşdıran yeni qanun layihəsi çərçivəsində uşaqları siqaret çəkən valideynlərə 100 avroya qədər cərimə tətbiq edəcək.

Busaat.az xəbər verir ki, Nazirlər Şurası tərəfindən bəyənilən, müzakirə və səsvermə üçün Parlamentə göndərilən tütün qanun layihəsi azyaşlıların siqaret çəkilməsini qadağan etməklə yanaşı, elektron siqaretdən istifadəni də məhdudlaşdırır.

Səhiyyə naziri Monika Qarsiya qanun layihəsi ilə bağlı mətbuata açıqlamasında, qeyd edib:

“İspaniyanı tütünə qarşı mübarizədə yenidən ön sıraya qoyan bir qanun hazırladıq. 2005-ci ildə qapalı yerlərdə, 2010-cu ildə isə bar və restoranlarda siqaret çəkilməsi qadağası ilə qabaqcıl olmuşuq. Lakin zaman dəyişdi və yeni ictimai sağlamlıq ehtiyacları ortaya çıxdı. Tütün hər gün 140.000 insanın həyatına son qoyur və hər il 50.000 insanda xərçəngin 30 faizi siqaretin risk faktorları ilə bağlıdır”.

Statistikaya görə, İspaniyada ötən il siqaret satışı qapalı məkanda siqaret çəkməyi qadağan edən ilk qanunun qüvvəyə mindiyi 2005-ci illə müqayisədə 53,8 faiz azalaraq 2,143 milyard qutuya çatıb.

Hazırda İspaniyada 20 qutu siqaretin qiyməti 5-8 avro arasındadır.

Yeganə

Избранный
23
1
busaat.az

2Источники