NATO baş katibi Polşanın hava məkanının pozulması ilə bağlı insidentdən sonra Rusiya prezidenti Vladimir Putinə müraciət edib.
News24.az Unikal-a istinadən xəbər verir ki, Rutte Ukraynadakı münaqişəyə son qoymağa və “eskalasiyanı dayandırmağa” çağırıb. O, həmçinin "müttəfiqlərin hava məkanını pozmamağı" tələb edib.
“Müttəfiqlər müttəfiq ərazisinin hər qarışını müdafiə etmək əzmindədirlər”, - Rutte bildirib.
Sentyabrın 10-da səhər saatlarında Donald Tusk "X" sosial şəbəkəsində Polşanın hava məkanının Rusiyaya məxsus pilotsuz təyyarələrin "külli miqdarda" tərəfindən pozulduğunu rəsmən elan edib . O qeyd edib ki, ölkənin təhlükəsizliyinə birbaşa təhdid yaradan pilotsuz təyyarələr məhv edilib.