RU

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama Video

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Paytaxtda “BakuBus”a məxsus sərnişin avtobuslarının yolda ötüşməsini əks etdirən görüntülər yayılıb.

“Qafqazinfo” xəbər verir ki, sosial şəbəkədə yayılan görüntülərdə avtobusların Səbail rayonu Salyan şosesində hərəkət etdikləri aydın olur.

Onların sərnişinlər və digər sürücülər üçün təhlükə yaratdığı bildirilir.

Məsələ ilə əlaqədar “BakuBus” MMC-yə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, məsələ araşdırılır: “BakuBus” MMC-nin istismarında olan 149 və 72 nömrəli müntəzəm marşrut xətləri üzrə fəaliyyət göstərən avtobusların sosial şəbəkələrdə yayılan görüntüləri hazırda qurumun aidiyyəti şöbəsi tərəfindən araşdırılır.

Araşdırmanın nəticəsi ilə bağlı ictimaiyyətə məlumat veriləcək”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
7
10
qafqazinfo.az

10Источники