RU

"İranla dostuq, amma yolları özümüz üçün açırıq" Mirzoyan

Bakupost saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Söhbət təkcə Ermənistan-Azərbaycan prosesindən getmir. Biz, Ermənistan Respublikası, təhlükəsizliyimizə və inkişafımıza aparan ən qısa və birbaşa yol kimi ətrafımızda sülhsevər, təhlükəsiz və mümkün qədər konstruktiv mühitin formalaşdığını görürük. Bu kontekstdə bizim Gürcüstan və İranla əsrlər boyu davam edən dostluğumuz var. Amma anlayırıq ki, bu ölkələrin də ətrafında beynəlxalq proseslər həmişə sakit keçmir. Ümumilikdə, dünyada geosiyasi vəziyyət qeyri-sabit olaraq qalır”.

Bakupost.az xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı deyib. O, kommunikasiyaların açılması istiqamətində çalışdıqlarını bildirib:

“Xatırlayırsınızsa, biz demişdik ki, kağız üzərində yazılanlardan başqa hələlik heç nə razılaşdırılmayıb. Bu səbəbdən, texniki məsələlərlə bağlı çoxlu danışıqlar aparılmalıdır. Bizim marağımız budur ki, bu prosesi mümkün qədər tez həyata keçirək və tez bir zamanda yolun açılışına nail olaq. İnsanlar tez-tez Azərbaycanın Naxçıvana keçidindən danışırlar, lakin biz də eyni şərtlərlə və eyni dərəcədə özümüz üçün yolları açırıq”.

Aysel,

BakuPost

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
30
1
www.bakupost.az

2Источники