RU

Tehran BAEA müfəttişlərini nüvə obyektlərinə buraxmır

İranın xarici işlər naziri Abbas Əraqçi yerli mətbuataaçıqlamasındadiqqətə çatdırıb ki, nüvə obyektlərinə giriş əməkdaşlıq üzrə yeni sazişdə öz əksini tapmır. Hərçənd ötən günlərdə sözügedən saziş imzalananda BAEA-nın baş direktoru Rafael Qrossi bildirmişdi ki, sənəddə "İran ərazisindəki bütün obyektlərə və qurğulara çıxış imkanı" nəzərdə tutulur.

"Müfəttişlərin nüvə obyektlərinə girə bilmələri üçün gələcəkdə ayrıca danışıqlar aparılacaq. Ümumiyyətlə isə, zənnimcə, yeni əməkdaşlıq sazişinin imzalanması düzgün istiqamətdə atılmış addımdır. Hər halda, BAEA ilə əməkdaşlığımızın İsrail və ABŞ-nin nüvə obyektlərimizə hücumundan qabaqkı vəziyyətinə qayıtması üçün müəyyən vaxt lazımdır", - nazir söyləyib.

İran və BAEA arasında son illərdə münasibətlər gərgindir. Agentliyin iddiasına əsasən, İran öz nüvə proqramı üzrə qeyri-şəffaf fəaliyyət göstərir, müfəttişlərin nəzarətini məhdudlaşdırır. İran hökuməti isə BAEA-nı ABŞ və İsrailin təzyiqi əsasında qeyri-obyektiv və siyasi məğzdə yanaşmada təqsirləndirir.

Digər tərəfdən, iyunun 13-dən 25-dək İran və İsrail arasında raket hücumlarına əsaslanan müharibə baş verib. ABŞ-nin də İsrail tərəfinə dəstək verdiyi müharibə ərzində İran ərazisindəki bir çox nüvə obyekti hədəfə alınaraq sıradan çıxarılıb. Müharibə fonunda BAEA-nın və şəxsən Rafael Qrossinin fəaliyyətsizliyinə görə İranla agentliyin münasibətləri də gərginləşib. Hazırda hər iki tərəf əməkdaşlığın bərpası üzrə səy göstərir.

Firudin Həmidli
AzVision.az
Избранный
10
azvision.az

1Источники