RU

Santuşa təzminat nə zaman ödəniləcək?

Azərbaycan milli futbol komandasının keçmiş baş məşqçisi Fernandu Santuşa hələ təzminat ödənməyib.

News24.az-ın əldə etdiyi məlumata görə, təzminat məsələsi ilə bağlı işləri məşqçinin özü deyil, nümayəndəsi izləyir. Nümayəndə Bakıya səfər etdikdən sonra müzakirələr aparılacaq, lakin nümayəndənin dəqiq gəlmə tarixi hələ məlum deyil.

Eyni zamanda, Fernandu Santuşa ödəniləcək təzminatın məbləğinin 4,5 milyon manat civarında olduğu bildirilsə də, rəqəm hələ dəqiqləşdirilməyib.

Xatırladaq ki, Azərbaycan milli futbol komandasının keçmiş baş məşqçisi Fernandu Santuşla müqaviləyə xitam verilib. Bu qərar DÇ-2026-nın seçmə mərhələsində yığmanın İslandiya ilə oyunda 0:5 hesablı məğlubiyyətindən sonra qəbul olunub.

Qeyd edək ki, Fernandu Santuşun AFFA ilə müqaviləsi 2027-ci ilin sonuna qədər nəzərdə tutulmuşdu.

Xeyrənsə Piriyeva

Избранный
62
50
news24.az

10Источники