RU

Hesablama Palatası: Dövlət təşkilatları eyni nöqsanları təkrarlayır

 Son illərdə audit obyektlərində eyni nöqsanların təkrar baş verməsi halları müşahidə olunur.

Missiya.Az "APA-Economics"ə istinadən xəbər verir ki, bu barədə Hesablama Palatasının əməkdaşı Vüsal Quliyev məlumat verib.

Onun sözlərinə görə, 2022-ci ildə Palata tərəfindən həyata keçirilmiş nəzarət tədbirlərindən 13-ü ən azı 3-cü dəfə eyni obyektə dair olub. Bu göstərici 2023-cü ildə 14, 2024-cü ildə isə 19-a yüksəlib. Müəllif bildirir ki, eyni əməkdaşların eyni nöqsanlara təkrar yol verməsi dövlət maliyyə idarəçiliyi baxımından ciddi siqnaldır və ictimai etimadın zəifləməsinə gətirib çıxara bilər.

Vüsal Quliyev hesab edir ki, nöqsanların təkrarlanmasının qarşısını almaq üçün bir sıra yeni yanaşmaların tətbiqi zəruridir. Onun sözlərinə görə, HR (İnsan Resursları) auditi, strateji plan təcrübəsi, auditlə yanaşı təlimlərin keçirilməsi və hətta müşavirlik funksiyasının gücləndirilməsi bu istiqamətdə effektiv ola bilər. Həmçinin, əməliyyat planının tətbiqi və risk statusunun müəyyənləşdirilməsi təşkilatlarda şəffaflıq və hesabatlılığın artırılmasına, nöqsanların vaxtında qarşısının alınmasına xidmət edə bilər: "Bu yanaşmalar növbəti auditlərin daha səmərəli nəticələr verməsinə şərait yaradacaq".

Избранный
17
11
missiya.az

10Источники