RU

Ölkədə minik avtomobillərinin sayı 1,5 milyonu keçdi

2024-cü ilin sonunda Azərbaycanda minik avtomobillərinin ümumi sayı 1 milyon 585 min 265 ədədə çatıb ki, bu da ötən illə müqayisədə 83 min 308 ədəd və ya 5,5% artım deməkdir.

Avtosfer.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.

Rəqəmlər avtomobil parkında həm cavanlaşma, həm də qocalma tendensiyası eyni anda davam etdiyini göstərir. Ən kəskin artım yaşı 5 ilə qədər olan ən yeni avtomobillərin sayında qeydə alınıb. Belə ki, bu avtomobillərin sayı il ərzində 19,999 ədəd (24,4%) artaraq 81,809-dan 101,808-ə yüksəlib.

Bununla yanaşı, ölkənin avtomobil parkının əsas hissəsini təşkil edən köhnə avtomobillərin sayı da artmaqda davam edir. Yaşı 20 ildən yuxarı olan avtomobillər 37 min 90 ədəd (5,6%) artaraq 701 min 242-yə çatıb və bu, ən böyük say olaraq qalır. Eyni zamanda, yaşı 10 ildən 20 ilədək olan avtomobillərin sayı da  636 min 821-ə bərabər olub ki, bu da illik 33,309 ədəd (5,5%) çoxdur.

Maraqlı məqam isə yaşı 5 ildən 10 ilə qədər olan avtomobillərin sayında azalmanın qeydə alınmasıdır. Bu kateqoriyadakı avtomobillərin sayı il ərzində 7,090 ədəd (4,6%) azalaraq 152 min 484-dən 145 min 394-ə enib.

Избранный
17
2
avtosfer.az

3Источники