RU

“Karvan” yeni müqavilə bağladığı 2 oyunçu ilə vidalaşdı

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Karvan” 2 futbolçusu – Rəhman Şabanov və Ceyhun Bağırzadə ilə vidalaşıb.

Arena.az xəbər verir ki, bu barədə Yevlax təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Hər iki oyunçu ilə qarşılıqlı razılaşma əsasında yollar ayrılıb.

Maraqlıdır ki, əyalət klubu daha öncə Rəhman Şabanov və Ceyhun Bağırzadə ilə bu yay yeni müqavilə imzalandığını açıqlamışdı.

Xatırladaq ki, bu mövsümdən Azərbaycan Premyer Liqasında mübarizə aparan “Karvan” mövsümlərarası fasilə dönəmində Ezekiel Morqan, Emil Qasımov, Bəhruz Teymurov, İzzət Müştaqov, Elvin İsmayılov, Müşviq Teymurov, Peyman Keşavarzi, İlham Hüseynov, Məmməd Muradov, Aref Muhammedalipur, Beqzod Xulikulov, Roman Hüseynov və Kənan Quliyevlə də yollarını ayırmışdı. Kamran İbrahimov və İbrahim Qədirzadə ilə də yeni müqavilə imzalanıb.

Yevlax klubu gedənlərin əvəzində Eltun Turabov, Süleyman Əhmədov, Araz Abdullayev, David Oliveyra Souza, Kayl Spens, Qavi Tompson, Olavale Doyeni, Elvin Yunuszadə, Vadim Abdullayev, Samuel Durrant, Vüsal Məsimov, Moise Nqvisani, Şakil Sno, Uğur Cahangirov, Vitor Roşa, Səid İranxan, Coy-Slayd Mikels, Pedro Mateus, İmani Barker və Qabil Əlizadəni heyətinə cəlb edib.

error: Məzmun qorunur!
Избранный
20
4
arena.az

10Источники