RU

Sahibkarlar “Rəqəmsal iqtisadiyyata investisiya” Forumuna dəvət olunurlar

22 sentyabr 2025-ci il tarixində İslam Ticarət və İnkişaf Palatası (ICCD) və İordaniya Ticarət Palatası tərəfindən İordaniyanın paytaxtı Əmman şəhərində “Qlobal davamlı iqtisadiyyat üçün rəqəmsal transformasiya” mövzusunda “Rəqəmsal iqtisadiyyata investisiya” Forumu keçiriləcək.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) məlumatına görə, sahibkarlar sözügedən tədbirdə iştiraka dəvət olunurlar.

Forumun məqsədi:

  • Rəqəmsal transformasiya sahəsində yeni imkanları araşdırmaq;
  • Texnologiya və innovasiya sahəsində sahibkarlığı təşviq etmək;
  • Rəqəmsal iqtisadiyyata investisiya imkanlarını genişləndirmək;
  • Beynəlxalq tərəfdaşlıqları gücləndirərək sahibkarların xarici bazarlara çıxışını dəstəkləmək;
  • Davamlı iqtisadiyyata töhfə verməklə regionun qlobal rəqəmsal xəritədə mövqeyini möhkəmləndirməkdir.

Forumda iştirak etmək istəyən Azərbaycan sahibkarları aşağıdakı telefon nömrəsi və ya elektron poçt vasitəsi ilə əlaqə saxlaya bilərlər:

Qeydiyyat üçün: https://bit.ly/3VoLfsD

Əlaqələndirici şəxs: Aytac Talıblı
Tel: +994 12 465 76 92 / 107
E-mail: [email protected]

Избранный
9
vergiler.az

1Источники