RU

Rusiyada 17 futbolçu zəhərləndi

Rusiya Media Liqasının “Broke Boys” klubunun 17 futbolçusu zəhərlənib.

Axar.az Unikal-a istinadla xəbər verir ki, bu barədə klubun prezidenti Dmitri Eqorov açıqlayıb.

Hadisə “Leon Saturn”la Rusiya kubokunun Regionlar Yolunun III tur matçı öncəsi baş verib: "Dünən axşam saatlarında zəhərlənənlərin sayı 17 nəfərə çatdı. İshal və qusma qızdırma ilə əvəz olundu. Mənim qızdırmam da qalxdı. Lakin səhərə yaxın uşaqlar sakitləşməyə başladılar, qızdırma getməyə başladı", - o bildirib.

Eqorov əlavə edib ki, hələ ki, matçın oynanılıb-oynamayacağı barədə məlumat yoxdur.

Избранный
60
2
axar.az

3Источники