RU

2030-cu ilədək çirkab sular üzrə tədbirlər sayəsində CO₂ emissiyaları 36% azalacaq - SOCAR

Bakı. Trend:

Əgər çirkab sular üzrə emissiyaların azaldılması potensialınıistifadə etsək, 2030-cu ilə qədər 218 milyon ton CO₂ ekvivalentiqədər, yəni 36% azalma əldə edə bilərik.

Trendxəbər verir ki, bunu SOCAR Baş Ofisin Ətraf mühitin idarəolunmasının planlaşdırması şöbəsinin rəisi Mədinə Hacıyeva Bakıdakeçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransında -“Baku Water Week”də (Bakı Su Həftəsi) çıxışı zamanı deyib.

O bildieib ki, lakin çirkab suların təmizlənməsi olduqca bahalıtəşəbbüsdür və böyük maliyyə yatırımları tələb edir: "Bu səbəbdən2030-cu ilə qədər yalnız 35% azalma mümkündür və onlardan yalnız1%-i sərfəli həllər hesab olunur. 35%-lik hissə isə hər ton CO₂üçün 30%-dən çox xərclər tələb edir".

M. Hacıyeva qeyd edib ki, dünyanın beşdəbir su hövzəsi yadaşqınlardan, ya da quraqlıqlardan təsirlənir, Azərbaycan daistisna deyil, o da həmin prosesin bir hissəsidir: "Son 50 ildə ənböyük buzlaq itkilərini yaşayırıq. Fəlakətlərin təsirlərinəticəsində zərər çəkmiş insanların 90%-i və infrastrukturitkilərinin 95%-i məhz su ilə bağlı fəlakətlərlə bağlıdır.

Əlbəttə, suyun keyfiyyəti ilə bağlı təhlükələr də var. Daşqınlarbaş verəndə Azərbaycan da bundan kənarda qalmır. Son illərdə,xüsusilə bu il və ötən il böyük daşqınlar oldu, nəticədə qum vəmüxtəlif çirkləndiricilər qarışaraq su anbarlarına axıdıldı".

SOCAR rəsmisi çıxışında çirkab su məsələsinə toxunub və iqlimdəyişikliyi üzrə bir sıra məqamları diqqətə çatdırıb: "Çirkab sularda metan emissiyalarının mənbəyidir və qlobal miqyasda qeyri-CO₂emissiyalarının 5%-ni təşkil edir. 2030-cu ilə qədər 609 milyon tonCO₂ ekvivalenti həcmində emissiyaya çatacağı gözlənilir ki, bu daqeyri-CO₂ emissiyalarının 5%-ni təşkil edəcək. Ən böyük payı isəÇin, Meksika, Hindistan, ABŞ və Nigeriya kimi ölkələr tutur — 356milyon ton CO₂ ekvivalenti, qalan dünya isə 42%. Bunun səbəbi isəaydındır: əhali artdıqca, daha çox çirkab su yaranır və nəticədədaha çox metan emissiyası meydana çıxır".

Dünyada çirkab su və su xidmətlərinin ümumi elektrik enerjisiistifadəsinin təxminən 3-4%-ni təşkil etdiyini vurğulayan SOCARrəsmisi bildirib ki, bu da əhəmiyyətli istixana qazı emissiyalarıilə bağlıdır: "Azərbaycan və ümumiyyətlə qlobal səviyyədə,Azərbaycan inkişaf etməkdə olan ölkələr sırasında olsa da, BMT-ninİqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası və Paris Sazişiçərçivəsində öz emissiyalarını hesabat verməlidir. Milli istixanaqazı inventarlarının hazırlanması bütün iqtisadi sahələr üçünvacibdir və çirkab sular da metan (CH₄) və azot oksidi (N₂O)emissiyalarının əsas mənbəyi olaraq bu prosesdə istisna deyil.

Azərbaycanda iri tullantı sularının təmizlənməsi qurğularınınhamısı Xəzər dənizinin sahilində yerləşir və birbaşa Xəzərəaxıdılır. İqlimlə bağlı problemlər, məsələn, Xəzər dənizininsəviyyəsinin enməsi zamanı axıdıcı xətlərin problemləri yaranır.Yəni tullantı suları müəyyən dərinliklərdə Xəzərə buraxılmalı olur,lakin dənizin səviyyəsi aşağı düşdüyünə görə tullantıların qarışmasəviyyəsinə çatmaq mümkün olmur. Buna görə də təmizləmə və axıdılmastandartlarına nail olunmur".

M. Hacıyevanın sözlərinə görə, Azərbaycanda, xüsusən Abşeronyarımadasında və mərkəzi bölgələrdə yağıntının miqdarı artıb: "Ammayağış sularının yığılması sistemi zəifdir. Nəticədə yağış sularıkanalizasiya ilə qarışaraq tullantı sularının təmizlənməqurğularına düşür. Bunun nəticəsi tullantıların təmizlənməsəmərəliliyinin azalmasıdır, çünki böyük həcmdə qarışıq suyusəmərəli şəkildə təmizləmək mümkün deyil. Bəzi hallarda isə həminqarışıq sular birbaşa Xəzərə ötürülür. Zəif idarəetmə nəticəsindətullantıların təmizlənməsi zamanı yaranan istixana qazlarının,xüsusən də emissiyaların miqdarı artır".

"İqlim amillərini nəzərə alan dizayn standartları və fövqəladəhallara cavab planları hazırlanmalıdır. Başa düşülüməlidir ki,tullantı sularının təmizlənməsi qurğularının sel suları iləqarışaraq ciddi təhlükə yaratması artıq fövqəladə vəziyyətsəviyyəsindədir", - deyə M. Hacıyeva əlavə edib.

Избранный
74
az.trend.az

1Источники