RU

“Pensiya yaşına 2 il qalmış vətəndaş işdən çıxarılmamalıdır”

Azərbaycanda Əmək Məcəlləsinə dəyişiklik edilməsi təklif olunur.

Day.Az xəbər verir ki, bu təkliflə deputat Vüqar Bayramov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında çıxış edib.

"Azərbaycanda pensiya yaşına 2 il qalmış vətəndaşlarımızın işəgötürən tərəfindən işdən çıxarılmasına yol verilməməlidir. Pensiya yaşına az qalmış məşğul şəxslərin də əmək hüquqlarının qorunması mühümdür. Belə ki, bəzi vətəndaşlarımız pensiya yaşına az qalmış işdən azad olunurlar və daha sonra işlə təminatda çətinliklə üzləşirlər.

Qazaxıstan Əmək Məcəlləsinə əsasən, ştatların ixtisarı və attestasiyadan keçməməsi istisna olmaqla, işəgötürənin təşəbbüsü ilə pensiya yaşına çatmasına 2 ildən az qalmış şəxslərlə əmək müqaviləsinə xitam verilməsinə yol verilmir. Belə praktika bir sıra digər dövlətlərdə də tətbiq olunur. O baxımdan daha məqsədəuyğun olardı ki, Azərbaycanda da pensiya yaşına 2 il qalmış vətəndaşlarımızın işəgötürən tərəfindən işdən çıxarılmasına yol verilməsin. Bu, onların sosial hüquqlarının qorunması baxımdan vacibdir", - deputat vurğulayıb.

Избранный
19
19
day.az

10Источники