RU

Mask bu divar rəsmləri üçün 1 milyon dollar bağışlayacaq 

Amerikalı iş adamı İlon Mask ABŞ-da öldürülən ukraynalı qaçqın İrina Zarutskayanın təsviri olan divar rəsmlərinin yaradılmasına bir milyon dollar ayırmaq niyyətində olduğunu açıqlayıb.

Busaat.az xatırladır ki, avqustun 22-də əvvəllər silahlı quldurluğa görə 5 il cəza çəkən 34 yaşlı ABŞ vətəndaşı DeKarlos Braun tramvayda 23 yaşlı Zarutskayaya qarşısında oturduqdan sonra bir neçə bıçaq zərbəsi vurub.

Qadın aldığı xəsarətlərdən dünyasını dəyişib. Mask ABŞ-ın əhəmiyyətli yerlərində divar rəsmləri üçün vəsait toplamaq təklifinə cavab olaraq “X” sosial şəbəkəsində yazıb:

“Mən divar rəsmlərinin yaradılması üçün 1 milyon dollar verəcəm”.

Yeganə

 

Избранный
61
busaat.az

1Источники