RU

ABŞ Tramp yolunu "Bakı-İrəvan sülhünün əsas aspekti" adlandırdı...


Aydın Mirzəzadə: “Tramp marşrutu regiona əbədi sülh gətirir”

“Tramp marşrutu Azərbaycan və Ermənistan arasında sülhün əsas aspektidir”. Bunu ABŞ-nin İnkişafın Maliyyələşdirilməsi Koprasiyasının (DFC) idarəedici direktoru Kennet Encell Amerika biznes nümayəndə heyətinin Bakı səfərinin yekunlarına dair keçirilmiş brifinqdə diqqətə çatdırıb.

O qeyd edib ki, qısa müddət ərzində Orta Dəhliz üçün daha geniş imkanlar açılacaq: “Əsas məqsəd malların Qərbdən Şərqə, sonra isə Şərqdən Qərbə, yəni mahiyyət etibarı ilə Avropadan Çinə və geri daşınmasını təmin etməkdir. Bu, sıfır nəticəli oyun deyil, danışdığımız Orta Dəhliz Qazaxıstandan Azərbaycana, sonra Gürcüstana və daha sonra limanlara aparan yol olacaq. Bu, Qazaxıstandan Azərbaycana, sonra isə Türkiyə vasitəsilə gedən marşrutdan fərqlənəcəkmi – orada bunu etmək üçün kifayət qədər mal var, sadəcə malların daşınması üçün yeni bir yol açılacaq”.

Maraqlıdır, Tramp marşrutu Azərbaycan – Ermənistan sülhünün əsas aspektidir nə deməkdir?

“Zəngəzur dəhlizi (Tramp yolu) tək Azərbaycan, regionüçün deyil, dünyaüçün də çox əhəmiyyətli bir layihədir”

Millət vəkili Aydın Mirzəzadə “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Zəngəzur dəhlizi (Tramp yolu) tək Azərbaycan, regionüçün deyil, dünyaüçün də çox əhəmiyyətli bir layihədir: “Dünya Azərbaycanın ərazi bütövlüyünü, onun Naxçıvan bölgəsi ilə əlaqəsinin yaranmasını daha çox qiymətləndirir. Bu, regionda sülhün, stabilliyin əbədi təmin olunması deməkdir. Həmçinin, iqtisadiyyatın genişlənməsi, Şərqlə Qərb arasında möhkəm əlaqə körpüsünün olması deməkdir. Məlum layihə iştirakçısının hər biri ilk növbədə iqtisadi gücünü artırmış olacaq. Amerika Birləşmiş Ştatlarının liderinin adı ilə adlanan Tramp marşrutu regiona əbədi sülh gətirir. Bununla da digər dövlətlərə də çağırış edir. Ümid edirik ki, 8 avqust tarixində Vaşinqtonda imzalanan 3 tərəfli bəyanat sadəcə bir sənəd olmayacaq. Həmin bəyanat qısa müddət ərzində reallığa çevriləcək. Ermənistan məlum layihənin icrasına nə qədər tez başlayarsa, layihə tezliklə işə düşəcək və bundan hər kəs qazanacaq. Qarşıdakı müddətdə beynəlxalq ictimaiyyət, siyasi dairələr Prezident İlham Əliyevin uzaqgörənliyinin şahidi olacaqlar”.

Günel CƏLİLOVA

Избранный
27
baki-xeber.com

1Источники