RU

Rusiyada azərbaycanlı teleqram kanalı admini həbs edildi

Milli.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Kalininski Rayon Məhkəməsi Sankt-Peterburqda yaşayan azərbaycanlı Sənan Musayevi 1 il müddətinə azadlıqdan məhrum edib.

Milli.Az xəbər verir ki, S.Musayev idarə etdiyi teleqram kanalında bir istifadəçinin azərbaycanlıları "azeri" adlandırmasına etiraz edib. Daha sonra isə həmin şəxsin şəxsi məlumatlarını yayıb və zorakılıqla hədələyib.

Məhkəmə onun bu hərəkətini Rusiya CM-nin 282-ci maddəsi (millətlərarası ədavət və nifrət salma) ilə qiymətləndirib. 

Sənan Musayevə 1 il müddətinə ümumi rejimli koloniyada azadlıqdan məhrumetmə cəzası təyin edilib. (Operativ Media)

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
19
9
news.milli.az

10Источники