RU

Müasir dövrdə valideynlərin övladına dərs öyrətməyə, ev tapşırığının həllinə dəstək göstərməyə hövsələsi çatmır

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

İndiki zamanda valideynlərin övladlarına dərslərində kömək etməsi uşaqlar üçün göydəndüşmədir. Sosial vəziyyətin getdikcə çətinləşməsi, qayğıların artması valideynlərin övladına dərs öyrətmə həvəsini azalda və yaxud ümumiyyətlə heçə sala bilər.

Azərbaycanda belə ailələr nə qədərdir? Bu işin öhdəsindən necə gəlirlər?

Məsələ ilə bağlı sosioloq, fəlsəfə elmləri doktoru Mail Yaqub Bizimyol.info portalına açıqlamasında bildirib ki, valideynlərin övladları ilə zaman keçirməsi çox faydalıdır: “Valideynlərin övladları ilə zaman keçirməsi, onlara vaxt ayırması, onlarla ünsiyyət saxlaması, nə qədər çox olsa, uşaqlara bir o qədər faydalıdır. Bu, danılmaz bir qaydadır. Uşaqlarla bir yerdə çox zaman keçirmək, onlarla söhbət etmək ünsiyyətin formalarıdır.

"Tədqiqatlar göstərir ki, evdə valideynlər uşaqları ilə söhbət edəndə, onlarla hövsələ ilə danışanda, onlara daha çox zaman ayıranda uşaqlarda nitq qabiliyyəti güclənir və məktəbdə də müəllimləri ilə daha rahat ünsiyyət qura bilirlər, çəkinmirlər". Bunu ingilis sosioloqu Anthony Giddens "Sosiologiyanın əsasları" kitabında yazıb”.

Mail Yaqub

Sosioloqun sözlərinə görə valideynin uşağı ilə həddindən artıq ünsiyyəti də onu sosiallaşmaqdan uzaq tutur: “Burada bir istisna var, hərçənd o da az ola bilər ki, valideyn uşağı ilə həddindən artıq ünsiyyət qurduğu zaman övladını yaşıdları ilə sosiallaşmağa qoymur. Bu da uşağa ziyan ola bilər. Uşağı həddən ziyadə evə bağlamaq, cəmiyyətdən təcrid eləmək və individuallaşdırmaq ziyanlı ola bilər. Ona görə, bu balans qorunmalıdır.

Uşaqlara valideynləri tərəfindən dərs öyrədilməsi, çox möhtəşəm bir işdir. Təəssüflər olsun ki, müasir dövrdə valideynlərin buna həm vaxtı, həm də hövsələsi çatmır. Telefon, texnika uşaqları valideynlə ünsiyyətdən ayırıb. Ona görə uşaqlar havada qalırlar və ünsiyyətdən məhrum olurlar, bu zaman telefonla ünsiyyətə sığınırlar. Bu da uşaqlarda özünü ifadəetmə və nitq bacarığını zəiflədir”.

Günel Həsənova, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
19
icma.az

1Источники