İndiyədək donuzdan insana dəfələrlə orqan köçürülsə də, qısa müddət sonra ya orqanın təcili çıxarılması əməliyyatı tələb olunub, ya da həkimlər ölüm halını qeydə alıblar. Nəhayət çoxdan gözlənilən irəliləyiş baş verib. Donuz böyrəyi köçürülmüş bir kişi artıq yarım ildən çoxdur yaşayır, özünü yaxşı hiss edir və dializə ehtiyac duymur. 67 yaşlı Tim Andrews yanvar ayında genetik modifikasiya olunmuş donuzdan böyrək alıb, səbəb isə böyrək çatışmazlığının son mərhələsi olub. Bundan əvvəl o, 2 il dializdə qalıb.
Bu, donuz orqanının canlı insan bədənində ən uzun müddət yaşamasıdır. İndiyədək ən uğurlu nəticə 53 yaşlı amerikalı qadında olub. O, donuz böyrəyi ilə 4 ay yaşayıb, lakin bundan sonra orqanın immun sistem tərəfindən rədd edilmə əlamətləri ortaya çıxmış və böyrək dərhal çıxarılıb. Alimlər qeyd edirlər ki, ilk 6 ay ən kritik mərhələdir. Bu mərhələyə çatmaq hər şeyin çox yaxşı getdiyi deməkdir. İndi isə mütəxəssislər növbəti 6 ayı gözləyirlər”.
Ülkər XASPOLADOVA,
“Azərbaycan”