Layihədə nəzərdə tutulduğu kimi, "Mirzeyi", "Sarı gəlin" və "Uzundərə" rəqsləri xüsusi quruluşda təqdim edilib. Hər üç rəqs əsasında videoçarx hazırlanıb. Çarxlarda hər bir rəqs barədə əvvəlcə qısa məlumat verilir, sonra isə rəqs təqdim edilir, xoreoqrafiq hərəkətlərin məzmunu (mesajı) qısa, ümumiləşdirilmiş şəkildə, rəqs hərəkətləri ilə həmahəng, titrlərlə (azərbaycan və ingilis dillərində) vurğulanır.
Çəkilişlərdə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının F.Əmirov adına Əməkdar kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının rəqqasları iştirak edib.
Rəqslərin quruluşu xoreoqraf - baletmeyster, əməkdar artist Ceyhun Qubadova məxsusdur. Quruluşçu rejissor təcrübəli televiziya və kino mütəxəssisi, kinossenarist Vüqar Əlisoydur.