Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
"Azərbaycanla yolların açılması, o cümlədən delimitasiya və demarkasiya məsələləri üzərində işləyirik və bu istiqamətdə yeni xəbərlər ola bilər".
Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Ararat Mirzoyan deyib.
Onun sözlərinə görə, Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində də əhəmiyyətli nəticələrin şahidi olmağın vaxtı çatıb:
"Biz kommunikasiyaların açılması üzərində işləyirik. Bir çox texniki məsələlər üzrə danışıqlar aparmaq lazımdır. Kommunikasiyaların açılmasına nail olmaq bizim maraqlarımıza uyğundur", - deyə Mirzoyan qeyd edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.