RU

Bakının bu küçələrində sıxlıq var - SİYAHI

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) "Bakı Beynəlxalq Dəniz Limanı" MMC Almaniya Ticarət Palatası ilə potensial əməkdaşlıq imkanlarını müəyyənləşdirilmək və inkişaf etdirilmək niyyətindədir. Bu barədə Avtosfer.az-a ADY-dən məlumat verilib. Bildirilib ki, "Bakı Beynəlxalq Dəniz Limanı" MMC-nin direktoru Eldar Salahov Almaniyanın "Unitron" şirkətinin idarəedici direktoru və hüquqşünası Niko Hans Zibertlə və Ticarət Palatasının nümayəndə heyəti ilə görüşüb. Səfərin əsas məqsədi Almaniyanın dəniz sənayesində tətbiq olunan qabaqcıl texnologiyaların təqdim edilməsi, bu sahədə fəaliyyət göstərən Azərbaycan şirkətləri ilə, həmçinin Bakı Limanı ilə potensial əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi və inkişaf etdirilməsi olub. Bakı Limanında keçirilən görüş zamanı nümayəndə heyətinə limanın texniki imkanları, inkişaf planları və statistik göstəricilər barədə məlumat təqdim edilib, onları maraqlandıran suallar cavablandırılıb. Terminallara baxış zamanı Limanın əməliyyat imkanlarının genişləndirilməsi və bu prosesdə Almaniya şirkətləri ilə mümkün əməkdaşlıq imkanları da müzakirə olunub.

Избранный
9
avtosfer.az

1Источники