Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev oyun yaradıcıları üçün qlobal kommersiya platforması olan “Xsolla” şirkətinin prezidenti Kris Hevişlə görüş keçirib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanla şirkət arasında əməkdaşlıq imkanları müzakirə edilib.
Həmçinin “Xsolla”nın ölkəmizdəki ofisinin regional tədqiqat və inkişaf habına çevrilməsi perspektivləri barədə fikir mübadiləsi aparılıb.